​MN: Rusiya aviasiyası Suriyada İŞİD qərargahını və silah-sursat anbarını məhv edib

​MN: Rusiya aviasiyası Suriyada İŞİD qərargahını və silah-sursat anbarını məhv edib "İdlib yaxınlığında terrorçuların qərargahı və silah-sursat anbarı məhv edilib"
Digər ölkələr
1 Oktyabr , 2015 16:51
​MN: Rusiya aviasiyası Suriyada İŞİD qərargahını və silah-sursat anbarını məhv edib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Rusiya aviasiyası ötən gecə Suriyanın İdlib rayonu yaxınlığında "İslam Dövləti" terror qruplaşması mövqelərinə hava hücumları zamanı terrorçuların qərargahını və silah-sursat anbarını məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi mətbuat və informasiya xidmətinin məlumatında bildirilib.

Xatırladaq ki, sentyabrın 30-da RF Federal Şurası Rusiya Silahlı Qüvvələrinin xaricdə istifadə olunması ilə bağlı Prezidentin müraciətini təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi