MKİ rəhbəri ABŞ üçün kiberməkanda ən böyük təhdidləri açıqlayıb

MKİ rəhbəri ABŞ üçün kiberməkanda ən böyük təhdidləri açıqlayıb Bu barədə onun ABŞ Konqresinə göndərdiyi məktubda deyilir
Digər ölkələr
6 Mart , 2018 19:45
MKİ rəhbəri ABŞ üçün kiberməkanda ən böyük təhdidləri açıqlayıb

Bakı. 6 mart. REPORT.AZ/ ABŞ Milli Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Deniel Kouts Rusiya, Çin, İran və Şimali Koreyanı kiberməkanda ən böyük təhdid adlandırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə onun ABŞ Konqresinə göndərdiyi məktubda deyilir.

"Rusiya, Çin, İran və Şimali Koreya gələn il ABŞ-ın kiberməkanda ən böyük təhdidi olacaq", - D.Kouts məktubunda bildirib.  

Qeyd edək ki, bundan əvvəl Rusiyanı ABŞ-da seçkilərə müdaxilədə günahlandırırdılar, ancaq rəsmi Moskva bunu inkar edib. 

Son xəbərlər

Orphus sistemi