Bakı. 7 noyabr. REPORT.AZ/ Ukrayna vətəndaşlığından məhrum edilən Gürcüstanın eks prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili qanuni əsaslarla Ukrayna ərazisində olmaq hüququ qazanıb.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
"Axır ki, bu gün Miqrasiya Xidmətindən Ukrayna ərazisində leqal yaşadığıma dair sənəd aldım. Əlbəttə ki, mən bununla kifayətlənmirəm və məhkəmə vasitəsilə vətəndaşlığımın bərpa edilməsinə çalışıram", - M.Saakaşvili yazıb.