Mixeil Saakaşvili dindirilməyə gəlməyə hazırlaşmır

Mixeil Saakaşvili dindirilməyə gəlməyə hazırlaşmır Bakı. 6 dekabr. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili dindirilməyə gəlməkdən imtina edib.
Digər ölkələr
6 Dekabr , 2017 05:11
Mixeil Saakaşvili dindirilməyə gəlməyə hazırlaşmır

Bakı. 6 dekabr. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili dindirilməyə gəlməkdən imtina edib.

"Report" "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə "Yeni güclər hərəkatı"nın mətbuat katibi Maryana Poçtar bildirib.

"Saakaşvili heç bir prosessual sənədə qol çəkməyib və almayıb. Nə özü, nə də vəkili. Ona hətta şübhəli olduğu barədə bildiriş də təqdim edilməyib", - deyə Poçtar bildirib.

Qadın qeyd edib ki, siyasətçi çərşənbə günü Ali Radanın qarşısında brifinq keçirərək hüquqşünasla birlikə yaranmış vəziyyəti izah edəcək.

Daha əvvəl Ukraynanın Baş Prokurorluğu Mixeil Saakaşvili barədə axtarış elan edib.

Son xəbərlər

Orphus sistemi