Misirdə xəstəxana yanıb, ölənlər var

Misirdə xəstəxana yanıb, ölənlər var Misirin ikinci böyük şəhəri İsgəndəriyyənin şərqində Əl Montəzəh qəsəbəsində yerləşən özəl “Bədrəvi” xəstəxanasında bu gün səhər baş verən böyük yanğın zamanı 7 xəstə ölüb.
Digər ölkələr
29 İyun , 2020 14:51
Misirdə xəstəxana yanıb, ölənlər var

Misirin ikinci böyük şəhəri İsgəndəriyyənin şərqində Əl Montəzəh qəsəbəsində yerləşən özəl “Bədrəvi” xəstəxanasında bu gün səhər baş verən böyük yanğın zamanı 7 xəstə ölüb.

“Report” “Eg24”ə istinadən xəbər verir ki, aralarında bir nəfər qadının da olduğu həmin xəstələr COVID-19 virusundan müalicə alaraq təcrid bölməsində yerləşdirilmişdilər. Məhz həmin bölmədə baş verən yanğın nəticəsində xəstələr boğularaq dünyalarını dəyişiblər.

Hadisə yerinə 10 yanğın maşını və canlı qüvvəsi cəlb edilərək alovun xəstəxana daxilində yayılmasının qarşısını alınıb. Xəstəxanadakı xəstələr başqa səhiyyə müəssisələrinə köçürülüblər.

Polis hadisəni araşdırır.

İngilis versiyası Egypt hospital fire kills 7

Son xəbərlər

Orphus sistemi