Misirdə terror aktında iştirak etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

Misirdə terror aktında iştirak etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb Hazırda Misir polisi "Həkim" ləqəbli əsas şübhəli şəxs Muhaba Mustafa əs-Səidi axtarır
Digər ölkələr
5 Yanvar , 2017 06:42
Misirdə terror aktında iştirak etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Misir polisi paytaxt Qahirədə baş vermiş terror aktında iştirakda şübhəli bilinən 4 nəfəri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi xəbər verib.

Məlumata görə, onlar 2016-cı ilin 11 dekabrında paytaxtda törədilmiş terror aktında iştirak etməkdə şübhəli bilinirlər. Həmçinin saxlanılanlar ölkədə yeni terror aktları planlaşdırmaqda da şübhəli bilinirlər.

Hazırda Misir polisi "Həkim" ləqəbli əsas şübhəli şəxs Muhaba Mustafa əs-Səidi axtarır.

Qeyd edək ki, dekabrın 11-də kopt kilsəsində baş vermiş partlayış zamanı 26 nəfər ölüb, təxminən 50 nəfər xəsarət alıb.  

Son xəbərlər

Orphus sistemi