Misirdə təhlükəsizlik tədbirləri gücləndirilib

Misirdə təhlükəsizlik tədbirləri gücləndirilib Müxalifət qadağaya baxmayaraq kütləvi aksiyalar keçirəcəyini bəyan edib
Digər ölkələr
25 Yanvar , 2015 15:01
Misirdə təhlükəsizlik tədbirləri gücləndirilib

BAKI. 25 yanvar. REPORT.AZ/ Misirdə 2011-ci ildə prezident Hüsnü Mübarəkin hakimiyyətdən gedməsi ilə nəticələnən "inqilabın" ildönümü günü təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, yeni prezident Abdel-Fattahel-Sissi icazəsiz mitinqlərə qadağa qoyub. Son aylarda bu qadağanı pozan onlarla fəal həbs edilib.

Müxalifətdəki İslam Koalisiyasının üzvləri isə artıq bəyan ediblər ki, qadağaya baxmayaraq yanvarın 25-də kütləvi aksiyalar keçirəcək.

Son xəbərlər

Orphus sistemi