Bakı. 6 Noyabr. REPORT.AZ/ Misirdə sərnişin qatarında baş verən partlayış nəticəsində 2 polis əməkdaşı həlak olub, daha 12 nəfər yaralanıb.
"Report"un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, əldəqayırma partlayıcı qurğu dünən axşam Minufiyə əyaləti ərazisində işə salınıb. Partlayış əşyaya baxış zamanı baş verib.
Başqa bir partlayış isə Qahirə metrosunun Əl-Marc stansiyasında baş verib. Ən az 3 nəfərin yaralandığı bildirilir.