Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin ilk qurbanları tapılıb - VİDEO

Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin ilk qurbanları tapılıb - VİDEO Son məlumata görə, hələlik 5 uşağın cəsədi çıxarılıb
Digər ölkələr
31 Oktyabr , 2015 14:47
Misirdə qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin ilk qurbanları tapılıb - VİDEO

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Misirdə baş verən təyyarə qəzası ilə əlaqədar dövlət komissiyası yaratmaq barədə baş nazir Dimitri Medvedyevə tapşırıq verib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Misir hökuməti Rusiya təyyarəsinin qəzaya uğramasının səbəblərinin hələlik məlum olmadığını bildirir. Misirin Nazirlər Kabinetinin nümayəndəsi Husam əl-Kaviş xüsusi komissiyanın hadisənin təfərrüatlarını araşdıracağını və onun işinin yekunları barədə rəsmi məlumat veriləcəyini bildirib.

Məlumata görə, Sinay yarımadasında qəzaya uğrayan Rusiyaya məxsus təyyarənin ilk qurbanları aşkar olunub.

Xilasedicilər dağıntılar altından səslər gəldiyini, orada sağ qalanların ola biləcəyini deyirlər.

Təyyarənin iki hissəyə bölündüyü bildirilir. Son məlumata görə, hələlik 5 uşağın cəsədi çıxarılıb. Rusiyanın uşaq müvəkkili Pavel Astaxov ilkin məlumata əsasən təyyarənin göyərtəsində 17 uşaq oduğunu bildirib.

Rusiyalı müstəntiqlər qəzanın səbəblərinin təhqiqatında iştirak etmək üçün Misirə yollanıblar.

Qeyd edək ki, Rusiyanın "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburq şəhərinə hərəkət edirmiş. Misirdən Bakı vaxtı ilə səhər saat 07:21-də havaya qalxan təyyarə 23 dəqiqədən sonra radarlardan itib. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaqdır. Təyyarədə olanların əksəriyyətinin rus turistlər olduğu bildirilir. Radarlardan itən vaxt 1.8 km sürətlə enməkdə olan təyyarənin mühərrikində texniki bir nasazlıq olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi