Misirdə qatar relsdən çıxıb, 12 nəfər xəsarət alıb

Misirdə qatar relsdən çıxıb, 12 nəfər xəsarət alıb Bakı. 16 sentyabr. REPORT.AZ/ Misirdə sərnişin qatarı relsdən çıxıb.
Digər ölkələr
16 Sentyabr , 2018 13:30
Misirdə qatar relsdən çıxıb, 12 nəfər xəsarət alıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Misirdə sərnişin qatarı relsdən çıxıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə televiziyası məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid Muqahidin efirdə verdiyi xəbərə görə, hadisə Şabbeyn əl-Kom əl-Qedid stansiyasında baş verib. Qəza zamanı 12 nəfər yaralanıb.

Əraziyə 15 təcili yardım maşını cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi