Misirdə hoteldə iki partlayış olub

Misirdə hoteldə iki partlayış olub Partlayış nəticəsində üç nəfər ölüb, on ikisi isə yaralanıb
Digər ölkələr
24 Noyabr , 2015 10:47
Misirdə hoteldə iki partlayış olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Səhər saatlarında Misirdə hotellərin birində iki güclü partlayış olub. "Report" "Reuters"ə istinadən xəbər verir ki, insident Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərində baş verib.

Misir televiziyasının məlumatına görə, üç nəfər ölüb, on iki nəfər yaralanıb.

"RİA Novosti" isə bir partlayışın olduğunu xəbər verib. Polisin məlumatına görə, parlament seçkilərini müşahidə edən hakimlərin qaldığı hotelin yanında avtomobil partladılıb.

Son xəbərlər

Orphus sistemi