​Misirdə hərbi təyyarə qəzaya uğrayıb

​Misirdə hərbi təyyarə qəzaya uğrayıb Nəticədə hava gəmisinin bütün heyət üzvləri ölüb
Digər ölkələr
28 Yanvar , 2016 06:12
​Misirdə hərbi təyyarə qəzaya uğrayıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Misir Hərbi Hava Qüvvələrinə məxsus "F-16" təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə öz "facebook" səhifəsində Misir ordusunun nümayəndəsi Məhəmməd Samir yazıb.

Hadisə nəticəsində hava gəmisinin bütün heyət üzvləri ölüb. Ölənlərin sayı və hadisənin səbəbləri qeyd olunmur. Təyyarənin məhz harada qəzaya uğradığı da açıqlanmır.

ABC telekanalının məlumatına görə, təyyarə ölkənin qeyri-müəyyən rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi