Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var

Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var Bakı. 14 aprel. REPORT.AZ/ Misirin Sinay yarımadasında terrorçular hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.
Digər ölkələr
14 Aprel , 2018 20:55
Misirdə hərbçilərə hücum edilib, ölənlər və yaralananlar var

Bakı. 14 aprel. REPORT.AZ/ Misirin Sinay yarımadasında terrorçular hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücum hakimiyyət orqanlarının fövqəladə vəziyyət rejiminin daha 3 ay müddətinə uzadılması barədə bəyanatından bir neçə saat sonra, səhər saatlarında baş verib. Terrorçulardan 4-ü üzərindəki intihar kəmərini partladıb. Hadisə nəticəsində 8 hərbçi həlak olub.

Hücum zamanı habelə 14 silahlı öldürülüb. Bununla yanaşı, daha 15 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi