Misirdə gəmi qəzasında ölənlərin sayı 15-ə çatıb

Misirdə gəmi qəzasında ölənlərin sayı 15-ə çatıb Xəstəxanadakı mənbələrin verdiyi məlumatda isə qəzada 22 nəfərin öldüyü bildirilir
Digər ölkələr
23 İyul , 2015 17:47
Misirdə gəmi qəzasında ölənlərin sayı 15-ə çatıb

Bakı. 23 iyul. REPORT.AZ/ Ötən gün Nil çayında batan gəmidə ölənlərin sayı 15-ə çatıb. "Report"un xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Misir Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, çayda batan gəmidə 15 nəfər boğulub, 6 nəfər isə xilas edilib.

Xəstəxanadakı mənbələrin verdiyi məlumatda isə qəzada 22 nəfərin öldüyü, 5 nəfərin yaralandığı və 10 nəfərin itkin düşdüyü iddia edilir.

Səhiyyə Nazirliyinin rəsmisi Hüsam Abdulqafar deyib ki, gəminin batdığı ərazidə axtarış-xilasetmə işləri davam edir. 

Son xəbərlər

Orphus sistemi