Yuxarı

Misirdə Baş prokurorun qətlində təqsirli bilinən şəxslər edam olunublar

Misirdə baş prokurorun qətlində təqsirli bilinən şəxslər edam olunub

Bakı. 20 fevral. REPORT.AZ/ Misirdə 2015-ci ildə Baş prokuror Hişam Bərəkətin qətlə yetirilməsində iştirak etməkdə ittiham edilərək noyabrın 25-də edam cəzasına məhkum edilmiş 9 nəfər barəsində məhkəmə hökmü yerinə yetirilib.

“Report” xəbər verir ki, bu barədə “Alhadath” telekanalı məlumat yayıb.

Hişam Bərəkət 2015-ci il iyunun 29-da onun maşın karvanı yolunda bir avtomobilin məsafədən idarəolunan partladıcı qurğunun işə salınması ilə törədilən partlayış nəticəsində ağır yaralanaraq xəstəxanaya çatdırılmış və orada dünyasını dəyişmişdi.

2013-cü il iyul ayında Baş prokuror vəzifəsinə təyin olunan H.Bərəkətin dövründə hazırda qadağan olunan və terrorçu təşkilat kimi tanınan “Müsəlman Qardaşları Cəmiyyəti”nin (“Jama’at al-Ikhwan al-Muslimin”) rəhbərlərinə, o cümlədən sabiq Prezident Məhəmməd Mursiyə qarşı böyük məhkəmə prosesləri başlanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi