Bakı. 4 avqust. REPORT.AZ/ Misirin şimalında yerləşən Mutruh əyalətinin Əd-Dabaa rayonunda baş vermiş avtobus qəzası nəticəsində 12 nəfər ölüb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Ahram" qəzeti yazıb.
Qəza zamanı daha 29 yerli sakin xəstəxanalara yerləşdirilib.
Hadisənin səbəbləri araşdırılır.