Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var Bakı. 3 fevral. REPORT.AZ/ Misirdə ağır yol qəzası olub.
Digər ölkələr
3 Fevral , 2018 01:44
Misirdə ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var
Foto: Podrobnosti.ua

Bakı. 3 fevral. REPORT.AZ/ Misirdə ağır yol qəzası olub.

"Report" xəbər verir ki, bu barədə "Infotel" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Qahirədən cənubda, Minya vilayətində qeydə alınıb. Belə ki, bir neçə avtomobilin toqquşması nəticəsində 11 nəfər ölüb, daha 32 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi