​Misirdə 11 nəfərə ölüm hökmü çıxarılıb

​Misirdə 11 nəfərə ölüm hökmü çıxarılıb Onlar Port-Səid stadionunda törədilən faciədə ittiham olunublar
Digər ölkələr
9 İyun , 2015 21:58
​Misirdə 11 nəfərə ölüm hökmü çıxarılıb

Bakı. 9 İyun. REPORT.AZ/ Misir məhkəməsi 2012-ci ildə ölkənin şimalında yerləşən Port-Səid şəhərinin stadionunda 74 nəfərin ölümü ilə nəticələnən faciədə ittiham olunan 11 nəfəri ölüm hökmünə məhkum edib, daha 21 nəfər bəraət alıb.

"Report" xəbər verir ki, bir məhkum qiyabi mühakimə edilib.

Hadisənin digər iştirakçıları müxtəlif müddətlərə həbs ediliblər. Şəhərin təhlükəsizlik qüvvələrinin sabiq rəhbəri  də 5 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi