Misir Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb

Misir Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb Bəyanatda ilkin şərt kimi Misir hakimiyyətinin legitimliyinin tanınması tələb edilir
Digər ölkələr
28 İyun , 2016 20:02
Misir Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb

Bakı. 28 iyun. REPORT.AZ/ Misir Türkiyə ilə münasibətləri normallaşdırmağa başlamağa hazırdır. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. 

Sənəddə Türkiyənin Misirlə münasibətləri yaxşılaşdırmaq istiqamətindəki səyləri alqışlanır, ancaq rəsmi Ankaradan prosesin başlanğıc nöqtəsi kimi Misirin eks-prezidenti Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasının legitimliyini tanımaq tələb edilir. 

"Misir xalqının 2013-cü il iyunun 30-da göstərdiyi iradənin (Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasına gətirib çıxaran kütləvi aksiyalar nəzərdə tutulur) və ölkəyə rəhbərliyi öz üzərinə götürmüş iqtidarın legitimliyinin qəbul edilməsi vacibdir. Bu tanınma Türkiyə-Misir münasibətlərinin inkişafı üçün başlanğıc nöqtəsi olacaq", - deyə bəyanatda vurğulanıb. 

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım Aralıq və Qara dəniz sahillərindəki bütün qonşu ölkələrlə, o cümlədən Misirlə münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi