Misir prezidenti Əs-Sisi ikinci müddətə namizədliyini irəli sürəcək

Misir prezidenti Əs-Sisi ikinci müddətə namizədliyini irəli sürəcək Misirdə prezident seçkiləri cari ilin 26-28 mart tarixlərində keçiriləcək
Digər ölkələr
20 Yanvar , 2018 06:45
Misir prezidenti Əs-Sisi ikinci müddətə namizədliyini irəli sürəcək

Bakı. 20 yanvar. REPORT.AZ/ Misir prezidenti Əbdül Fəttah əs-Sisi bildirib ki, qarşıdan gələn prezident seçkilərində öz namizədliyini irəli sürəcək.

“Report” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkədə prezident seçkiləri cari ilin 26-28 mart tarixlərində, ikinci tur isə 24-26 apreldə keçiriləcək. Namizədlər 20-29 yanvar tarixləri aralığında ərizələrini təqdim etməlidirlər.

Əs-Sisi Misirə 2014-cü ildən rəhbərlik edir. O bu postda nəticədə ömürlük həbs cəzasına məhkum edilən Məhəmməd Mursini əvəz edib.

Son xəbərlər

Orphus sistemi