​Misir məhkəməsi 183 nəfər barəsində edam hökmü çıxarıb

​Misir məhkəməsi 183 nəfər barəsində edam hökmü çıxarıb Onlar 13 polisin qətlində ittiham olunub
Digər ölkələr
2 Fevral , 2015 15:35
​Misir məhkəməsi 183 nəfər barəsində edam hökmü çıxarıb

Bakı. 2 fevral. REPORT.AZ/ Misir Cinayət Məhkəməsinin Qahirədəki şöbəsi 183 nəfər barəsində ölüm hökmü çıxarıb.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, onlar polislərin qətlində ittiham olunub.

Məlumata görə, cinayətkarlar 2013-cü ildə Qahirə-Kerdase şəhərciyində polis məntəqəsinə basqın ediblər. Həmin tarixdə qumbaraatan və avtomatlarla silahlanmış bu qrup idarə rəisi də daxil olmaqla 13 polis əməkdaşını güllələyərək qətlə yetiriblər.

Bu iş üzrə 188 nəfər barəsində cinayət işi açılıb, onların 37-si axtarışdadır.

Son xəbərlər

Orphus sistemi