​Miqrasiya məsələləri üzrə Türkiyə-Aİ görüşü martın əvvəlində keçiriləcək

​Miqrasiya məsələləri üzrə Türkiyə-Aİ görüşü martın əvvəlində keçiriləcək Görüş ilkin olaraq martın 5-nə təyin edilib
Digər ölkələr
19 Fevral , 2016 07:59
​Miqrasiya məsələləri üzrə Türkiyə-Aİ görüşü martın əvvəlində keçiriləcək

Bakı. 19 fevral. REPORT.AZ/ Avropa İttifaqı və Türkiyə dövlət və hökumət başçılarının miqrasiya böhranı məsələləri ilə bağlı xüsusi görüşü martın əvvəlində keçirilməlidir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sədri Donald Tusk məlumat verib.

Avropa məmurlarından birinin məlumatına görə, görüş ilkin olaraq 5 mart tarixinə təyin olunub.

Bundan əvvəl fevralın 18-nə təyin edilən görüş Ankarada baş verən qanlı terror aktına görə təxirə salınmışdı.

Son xəbərlər

Orphus sistemi