​Miqrantlar Sloveniyada çadır şəhərciyini yandırıblar

​Miqrantlar Sloveniyada çadır şəhərciyini yandırıblar Onlar öz etirazlarını bu şəkildə ifadə ediblər
Digər ölkələr
22 Oktyabr , 2015 06:25
​Miqrantlar Sloveniyada çadır şəhərciyini yandırıblar

Bakı. 22 oktyabr. REPORT.AZ/ Sloveniyada qurulan tranzit düşərgədə hakimiyyətin onlara münasibətindən narazı olan miqrantlar çadırları yandırıblar.

"Report" BBC-yə istinadən xəbər verir ki, onlar bu şəkildə öz etirazlarını bildiriblər.

Miqrantlar arasında əsas narazılıq, onların qeydiyyat prosesi və Avstriya ilə sərhədə aparılmasının ləngidilməsidir. Bu barədə nəşr şahidlərin sözlərinə istinadən yazır. Miqrantlar, həmçinin qida, su və ədyal çatışmazlığından narazılıq edirlər.

Son xəbərlər

Orphus sistemi