Miqrantlar Paris aeroportunda etiraz aksiyası keçirib

Miqrantlar Paris aeroportunda etiraz aksiyası keçirib Fransanın paytaxtı Paris şəhərinin Şarl de Qol (Ruasi) aeroportunda miqrantlar etiraz aksiyası keçiriblər.
Digər ölkələr
20 May , 2019 20:30
Miqrantlar Paris aeroportunda etiraz aksiyası keçirib

Fransanın paytaxtı Paris şəhərinin Şarl de Qol (Ruasi) aeroportunda miqrantlar etiraz aksiyası keçiriblər. 

"Report"un Fransa bürosu xəbər verir ki, 500 nəfərə yaxın sənədsiz şəxs Fransa hava yolları şirkətinin qaçqınların deportasiyası ilə məşğul olan qurumlar ilə əməkdaşlığına qarşı etiraz olaraq aeroportun 2F terminalına yığışıb. 

Aksiya iştirakçıları özlərini "qara jiletlilər"adlandırıblar. Onlar Fransa hava yolları şirkətindən deportasiyaya hər cür yardım göstərməyi dayandırmağı tələb ediblər.

Xatırladaq ki, ötən il Fransadan deportasiya olunan şəxslərin sayı 20 faiz artıb. 

Son xəbərlər

Orphus sistemi