Minskdə təxminən 60 ölkədən nümayəndələrin iştirakı ilə ATƏT PA-nın yay sessiyası işinə başlayır

Minskdə təxminən 60 ölkədən nümayəndələrin iştirakı ilə ATƏT PA-nın yay sessiyası işinə başlayır Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək
Digər ölkələr
5 İyul , 2017 09:55
Minskdə təxminən 60 ölkədən nümayəndələrin iştirakı ilə ATƏT PA-nın yay sessiyası işinə başlayır

Bakı. 5 iyul. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) yay sessiyası bu gün Miskdə "ATƏT regionunda sülh və rifah üçün qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi" şüarı altında öz işinə başlayır.

"Report" xəbər verir ki, sessiyada təxminən 60 ölkədən 700-ə yaxın nümayəndə iştirak edəcək.

Qeyd edək ki, Minskdə forumun keçirilməsi barədə qərar ötən il ATƏT PA-nın Tbilisidə keçirilən 25-ci yay sessiyasında qəbul edilib.

İyulun 9-dək davam edəcək sessiyanı Belarus prezidenti Aleksandr Lukaşenko açacaq. Forum üçün iki böyük platforma ayrılıb. Əsas müzakirələr "Prezident Hotel"də olacaq, açılış mərasimi isə Qaliblər prospektindəki sərgi mərkəzində keçiriləcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi