Avropa İttifaqı Böyük Britaniya Baş nazirinin təklifini qəbul etməyib - YENİLƏNİB

Avropa İttifaqı Böyük Britaniya Baş nazirinin təklifini qəbul etməyib - YENİLƏNİB Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Baş naziri Tereza Meyin təklifini dəstəkləməyib.
Digər ölkələr
5 Aprel , 2019 13:10
Avropa İttifaqı Böyük Britaniya Baş nazirinin təklifini qəbul etməyib - YENİLƏNİB
0 : 00
0 : 00

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Baş naziri Tereza Meyin təklifini dəstəkləməyib. 

“Report” xəbər verir ki, məlumatı “Sky News” yayıb. 

Donald Tusk “Brexit”i 2020-ci martın 31-dək təxirə salmağı təklif etmək niyyətindədir. 

Onun sözlərinə görə, danışıqlar üçün daha bir il Böyük Britaniya parlamentinin “Brexit”lə bağlı dalandan çıxması üçün yeganə məqbul variantdır.


*** 12:48

Böyük Britaniyanın Baş naziri Tereza Mey Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskdan möhlət istəyib. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, məktubunda “Brexit”in (Böyük Britaniyanın Avropa İttifaqından çıxması) müddətinin 2019-cu il iyunun 30-na keçirilməsini xahiş edib.

Qeyd edək ki, aprelin 4-də Böyük Britaniya parlamentinin İcmalar Palatası hökumətin üzərinə "Brexit"i yenidən təxirə salmaq xahişi ilə Avropa İttifaqına (Aİ) müraciət etmək öhdəliyi qoyan qanun layihəsini bir səs çoxluğu ilə qəbul edib. Üçüncü oxunuşda 313 deputat sənədin lehinə, 312 deputat isə əleyhinə səs verib. Qanun layihəsi aprelin 12-də Böyük Britaniyanın Aİ-dən sazişsiz çıxmasının qarşısını almağa yönəldilib. 

Son xəbərlər

Orphus sistemi