Mey Avropa Komissiyası ilə "Brexit" üzrə sazişə dəyişiklikləri razılaşdırıb

Mey Avropa Komissiyası ilə "Brexit" üzrə sazişə dəyişiklikləri razılaşdırıb Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə Brexitlə bağlı sazişin mətnində dəyişiklik edilməsi barədə razılığa gəlib.
Digər ölkələr
12 Mart , 2019 03:58
Mey Avropa Komissiyası ilə Brexit üzrə sazişə dəyişiklikləri razılaşdırıb

Böyük Britaniyanın baş naziri Tereza Mey Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ilə "Brexit"lə bağlı sazişin mətnində dəyişiklik edilməsi barədə razılığa gəlib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Britaniya baş naziri aparatının rəhbəri Devid Lidinqton deyib.

Onun sözlərinə görə, Mey və Yunker London və Brüssel arasında Britaniyanın Avropa İttifaqı tərkibindən çıxmağa dair sövdələşməyə hüquqi cəhətdən dəyişiklik etmək öhdəliyini təmin ediblər.

O həmçinin əlavə edib ki, Britaniya hökuməti ölkə parlamentinə iki yeni sənəd təqdim etmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi