Mexikoda sürücü maşını mitinq iştirakçılarının üzərinə sürüb, bir neçə nəfər yaralanıb

Mexikoda sürücü maşını mitinq iştirakçılarının üzərinə sürüb, bir neçə nəfər yaralanıb Yerli sakinlər sürücünü özləri cəzalandırmağa cəhd göstəriblər və onun maşınına ziyan vurublar
Digər ölkələr
9 Noyabr , 2017 01:38
Mexikoda sürücü maşını mitinq iştirakçılarının üzərinə sürüb, bir neçə nəfər yaralanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda avtomobil insan kütləsinin içərisinə yeriyib.

“Report” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən RİA "Novosti" məlumat yayıb.

İlkin məlumatlara görə, yolsuzluq avtomobilinin sürücüsü maşını yolu bağlayan mitinq iştirakçılarının üzərinə sürüb.

Nəticədə bir neçə nəfər xəsarət alıb. Şahidlərin sözlərinə görə, yerli sakinlər sürücünü özləri cəzalandırmağa cəhd göstəriblər və onun maşınına ziyan vurublar.

Son xəbərlər

Orphus sistemi