Yuxarı

Ötən il Yəməndə 10 mətbuat işçisi öldürülüb

Mətbuata qarşı 226 qanun pozuntusu qeydə alınıb

Bakı. 2 yanvar. REPORT.AZ/ 2018-ci ildə Yəməndə 10 mətbuat işçisi qətlə yetirilib.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, onlar arasında müxbir və operatorlar da var. Yəmənin Jurnalistlər Birliyinin yaydığı hesabata görə, media mənsublarının 5-i koalisiya qüvvələri, 3-ü husilər, 2-i isə naməlum silahlı qüvvələr tərəfindən qətlə yetirilib.

Məlumata görə, ötən il jurnalistlərə, fotomüxbirlərə, onlarla qəzetə, sayta, redaksiyaya qarşı 226 qanun pozuntusu qeydə alınıb. Qanun pozuntularından 136-a husilər, 68-a iqtidara yaxın qüvvələr, 11-a koalisiya qüvvələri tərəfindən yol verilib. 

Daha əvvəl məlum olub ki, Yəməndə 2,2 milyon uşaq aclıqdan əziyyət çəkir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi