Meşə yanğınına görə ​Kaliforniya ştatında 80 minə yaxın sakin təxliyə olunacaq

Meşə yanğınına görə ​Kaliforniya ştatında 80 minə yaxın sakin təxliyə olunacaq Ştatın 3 qraflığında fövqəladə vəziyyət elan olunub
Digər ölkələr
17 Avqust , 2016 09:38
Meşə yanğınına görə ​Kaliforniya ştatında 80 minə yaxın sakin təxliyə olunacaq

Bakı. 17 avqust. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının San-Bernardino qraflığında baş verən meşə yanğınlarına görə 80 mindən çox sakin təxliyə ediləcək. 

"Report" BBC-yə istinadən xəbər verir ki, bunu ştatın hökumət təmsilçisi bildirib. 

Məlumata görə, avqustun 16-da başlayan meşə yanğınları 6 min hektardan artıq əraziyə yayılıb və 34,5 min ev təhlükə altındadır.

Kaliforniyanın qubernatoru Cerri Braunun sözlərinə görə, 700-ə yaxın yanğınsöndürən maşın yanğının söndürülüməsinə cəlb olunub. O, Los-Ancelosdan 100 km şərqdə yerləşən San-Bernardino, Leyk və San-Luis-Obispo qraflıqlarında fövqəladə vəziyyət elan edib. 

Son xəbərlər

Orphus sistemi