Yuxarı

Mərkəzi Avropada qasırğa nəticəsində 7 nəfər həlak olub

Mərkəzi Avropada qasırğa nəticəsində 7 nəfər həlak olub
Qasırğaya görə Çexiya, Avstriya və digər qonşu ölkələrdə yüzminlərlə ev elektrik enerjisiz qalıb
© AFP

Bakı. 30 oktyabr. REPORT.AZ/ Almaniya, Polşa və Çexiyada baş verən qasırğaya görə ağacların aşması və tikililərin dağılması nəticəsində 7 nəfər həlak olub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, qasırğa Almaniyada 3, Polşa və Çexiyada isə 2 nəfərin ölümü ilə nəticələnib.

Qasırğa səbəbi ilə Çexiya, Avstriya və digər qonşu ölkələrdə yüzminlərlə ev elektrik enerjisiz qalıb.

Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus təyyarə ABŞ-ın Hyuston şəhərindən Frankfurt-Mayna uçsa da, güclü küləyə görə Ştutqartda qəza enişi etmək məcburiyyətində qalıb.

Bundan əlavə, Almaniyanın cənubunda əlverişsiz hava şəraiti ilə əlaqədar dəmir yolu əlaqəsi dayandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi