Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub Öldürülənlərdən 17-i dinc sakinlərdir
Digər ölkələr
20 May , 2017 18:59
Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 22 nəfər həlak olub
Foto: AP

Bakı. 20 may. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında xristian və keçmiş islamçı qruplaşması arasında baş vermiş toqquşmalar zamanı 22 nəfər həlak olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının (MINUSCA) bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, toqquşmalar zamanı daha 36 nəfər xəsarət alıb. "Anti-Balaka" ilə əvvəllər "Seleka" islamçı qruplaşmasının tərkibində olmuş silahlılarla toqquşma Bria şəhərində baş verib. Öldürülənlərdən 17-i dinc sakinlərdir.

"Briada və Mərkəzi Afrika Respublikasının digər yerlərində silahlı qruplaşmalar arasında toqquşmalar dayandırılmalıdır" – deyə missiyanın baş katibinin xüsusi nümayəndəsi Dayan Korner bəyanatında bildirib. 

Son xəbərlər

Orphus sistemi