Merkel dördüncü dəfə kansler seçilmək istəyir

Merkel dördüncü dəfə kansler seçilmək istəyir Rəsmi qərar 2016-cı ilin əvvəlində açıqlanacaq
Digər ölkələr
1 Avqust , 2015 02:45
Merkel dördüncü dəfə kansler seçilmək istəyir

Bakı. 1 avqust. REPORT.AZ/ Angela Merkel dördüncü dəfə kansler seçilməyə hazırlaşır.

"Report"-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 2005, 2009 və 2013-cü illərdə Almaniyanın kansleri seçilən Merkel, 2017-ci ildən sonra da vəzifəsini qorumaq niyyətindədir.

"Spiqel" jurnalının məlumatına əsasən, xanım Merkel bu mövzunu artıq hakim Xristian-Demokratik İttifaqının liderləri ilə müzakirə edib.

Rəsmi qərar isə 2016-cı ilin əvvəlində açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi