Yuxarı

Merkel bu gün ilk dəfə Trampla görüşəcək

Merkel bu gün ilk dəfə Trampla görüşəcək
Tərəflərin bir sıra məsələləri müzakirə edəcəyi bildirilir
© Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel cümə günü ilk dəfə olaraq ABŞ prezidenti Donald Trampla görüşəcək.

"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər verib.

Xəbərdə vurğulanır ki, tərəflərin indi bir çox mühüm mövzuları – o cümlədən Rusiya ilə münasibətləri, NATO-nun gələcəyini, transatlantik əməkdaşlığını, iqtisadi gündəmi və Ukraynadakı böhranın tənzimlənməsini müzakirə etmək imkanları yaranıb.

Qeyd edək ki, Almaniya kansleri əvvəlcə ABŞ-a bazar ertəsi axşam səfər etməyə hazırlaşırdı. Lakin əlverişsiz hava şəraiti, o cümlədən ABŞ sərhədlərinə yaxınlaşmış siklon onun səfər planlarını təxirə salıb.

Almaniya hökuməti rəhbərinin əvvəl də vurğuladığı kimi, birbaşa danışıqlar həmişə vasitəli ünsiyyətdən yaxşıdır. O, əmin olduğunu bildirib ki, hökumət rəsmilərinin bir-biri ilə danışmağı bir-biri haqqında danışmaqdan daha məqsədəuyğundur.

Qeyd edək ki, Merkel və Tramp bu günə qədər yalnız bircə dəfə telefonla danışıblar, lakin buna baxmayaraq bir-birləri haqqında açıqlamalar veriblər. Bu, onlarıın ilk görüşü olacaq

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi