Mərakeşə məxsus qırıcı təyyarə Yəməndə "yoxa çıxıb"

Mərakeşə məxsus qırıcı təyyarə Yəməndə "yoxa çıxıb" F-16-nin vurulduğunu istisna edilmir
Digər ölkələr
11 May , 2015 05:38
Mərakeşə məxsus qırıcı təyyarə Yəməndə yoxa çıxıb

Bakı. 11 May. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinə daxil olan Mərakeşə məxsus F-16 tipli qırıcı təyyarə ötən axşam Yəmən ərazisində bir sıra obyektlərə zərbə endirdikdən sonra "yoxa çıxıb".

"Report"un Reuters agentliyinə istinadən verdiyi xəbərə əsasən, hadisə zonasında olan hərbi təyyarələrdən birisinin pilotu F-16-nin vurulduğunu bildirib. Lakin bu məlumat rəsmi olaraq təstiq edilməyib.

Mərakeşli pilotun aqibəti haqqında da heç bir məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi