Mərakeşdə yol-nəqliyyat hadisəsi nəticəsində 16 qanunsuz miqrant həlak olub, daha 17 nəfər xəsarət alıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Mərakeşin şərqində, Saxaradan cənubda baş verib. Afrika ölkələrindən olan miqrantları daşıyan avtomobil Saydiya və Nador şəhərləri arasında yolda suvarma kanalına düşüb.
Qəzanın başvermə səbəbi açıqlanmır. Yol-nəqliyyat hadisəsi faktı, həmçinin qeyri-leqal miqrantların daşınmaları ilə bağlı araşdırma başlayıb. Polis həmçinin qəza yerindən qaçaraq gizlənmiş sürücünü axtarır.