Mərakeşdə izdiham nəticəsində 15 nəfər ölüb

Mərakeşdə izdiham nəticəsində 15 nəfər ölüb Ölü və yaralıların sayı arta bilər
Digər ölkələr
19 Noyabr , 2017 21:26
Mərakeşdə izdiham nəticəsində 15 nəfər ölüb
Fotolia / travelbook

Bakı. 19 noyabr. REPORT.AZ/ Mərakeşdə humanitar yardımın paylanılması zamanı yaranan izdiham nəticəsində azı 15 nəfər ölüb.

"Report" RİA "Novosti"-yə istinadən xəbər verir ki, hadisə Əs-Süveyr şəhəri yaxınlığında baş verib.

Məlumata görə, izdiham nəticəsində həmçinin 40 insan da xəsarət alıb.

Qeyd olunur ki, ölü və yaralıların sayı arta bilər. İzdiham qurbanlarının əksəriyəti qadınlardır. 

Son xəbərlər

Orphus sistemi