Bakı. 14 oktyabr. REPORT.AZ/ Mərakeşin təhlükəsizlik qüvvələri İŞİD qruplaşması ilə əlaqədə olan terrorçu özəyi zərərsizləşdirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "MAP" agentliyi məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinə istinadən verilən xəbərə görə, qruplaşmanın 11 silahlısı yaxalanıb. Bununla bağlı əməliyyat Fəs şəhərində qruplaşma rəhbərinin həbsi ilə başa çatıb.
Əməliyyat zamanı həmçinin terrorçuların silah-sursat anbarı ələ keçirilib. Polis anbarda gözyaşardıcı qaz, partlayış törətmək üçün istifadə edilən böyük miqdarda kimyəvi maddə və maye aşkarlayıb.