​Meksikanın şimalında cinayətkarlar 5-i uşaq olmaqla 14 nəfəri qətlə yetirib

​Meksikanın şimalında cinayətkarlar 5-i uşaq olmaqla 14 nəfəri qətlə yetirib Hadisə Tamaulipas ştatında baş verib
Digər ölkələr
10 İyul , 2016 03:31
​Meksikanın şimalında cinayətkarlar 5-i uşaq olmaqla 14 nəfəri qətlə yetirib

Bakı. 10 iyul. REPORT.AZ/ Meksikada ağır cinayət hadisəsi baş verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, cinayətkarlar ölkənin şimalında 5-i uşaq olmaqla 14 nəfəri qətlə yetiriblər.

Hadisə Tamaulipas ştatında baş verib. Regionun hakimiyyət orqanlarının məlumatına görə, cinayətkarlar Syudad-Viktoriya şəhərində iki kişi, dörd qadın və beş uşaq olmaqla bir ailənin 11 üzvünü amansızlıqla öldürüblər.

Həmin hadisə ilə eyni zamanda daha bir silahlı basqın olub. Nəticədə daha iki qadın və bir kişi qətlə yetirilib.

Hökumət nümayəndələri regional və federal hüquq-mühafizə orqanları əməkdaşlarının qatillərin axtarışına başladığını bildirib. 

İstintaq ehtimal edir ki, bu cinayətə şəhərin cinayətkar qruplaşmaları arasında münaqişə səbəb olub.

Son xəbərlər

Orphus sistemi