Yuxarı

Meksikanın Monterrey şəhərində 12 saata 11 nəfər qətlə yetirilib

​Meksikanın Monterrey şəhərində 12 saata 11 nəfər qətlə yetirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Meksikanın Monterrey şəhəri ərazisində 12 saat ərzində azı 11 nəfər qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Excelsior" portalı məlumat yayıb.

Zorakılıq dalğası şəhər rayonları və onun qəsəbələrini əhatə edib. Eyni anda 4 nəfər Migel Aleman adına yolda güllələnib. Digər hallarda üç, iki və bir öldürülən şəxsin meyiti aşkar olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi