Bakı. 7 sentyabr. REPORT.AZ/ Meksikanın maliyyə naziri Luis Videqaray Kaso ABŞ-ın Respublikaçılar Partiyasından pezidentliyə namizədi Donald Trampın bu ölkəyə səfərini təşkil etməsindən sonra prezident Enriki Penya Nyetonun ünvanına tənqid dalğası ilə əlaqədar vəzifəsindən istefa verib.
"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.
Məlumata görə, Meksikanın yeni maliyyə naziri vəzifəsinə Xose Antonio Meade təyin edilib. O, bu vəzifəyə qədər sosial inkişaf naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, Donald Tramp bir həftə əvvəl Meksikaya səfər edib və bu ölkənin prezidenti ilə görüşüb. Onun səfərinin əsas təşkilatçısı Luis Videqaray Kaso olub.