Meksikanın cənub-qərbində tropik fırtına formalaşıb

Meksikanın cənub-qərbində tropik fırtına formalaşıb Küləyin maksimum sürəti saatda 65 km-ə çatır
Digər ölkələr
14 Sentyabr , 2017 06:24
Meksikanın cənub-qərbində tropik fırtına formalaşıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Çərşənbə günü Meksikanın cənub-qərb sahilində "Maks" Sakit okean tropik fırtınası formalaşıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Qasırğaların İzlənməsi üzrə Milli Mərkəzi məlumat yayıb.

Meteoroloqların bildirdiyinə görə, hazırda fırtına Akapulko şəhərinin 185 km. cənub-qərbindədir. Küləyin maksimum sürəti saatda 65 km. təşkil edir.

Fırtınanın Meksika sahillərinə cümə axşamı çatacağı ehtimal edilir. Onun Gerrero və Oaxaka ştatlarına leysan yağışlar gətirəcəyi gözlənilir.

Sinoptiklər bol yağıntının daşqın və sürüşmələrə gətirib çıxaracağını istisna etmir.

Son xəbərlər

Orphus sistemi