Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb Yeraltı təkanlar ölkə ərazisində bütün həftə ərzində davam edib
Digər ölkələr
24 Sentyabr , 2017 21:05
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Meksikada dağıdıcı zəlzələ qurbanlarının sayı 319 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın mülki müdafiə qüvvələrinin milli əlaqələndiricisi Luis Felipe Puente öz "Twitter" səhifəsində yazıb.

"Ümumi ölənlərin sayı 319 nəfərdir: 181 nəfər Mexikoda, 73 nəfər Morelos ştatında, 45 nəfər Puebledə, 13 nəfər Mexiko ştatında, 6 nəfər Qerreroda, 1 nəfər isə Oaxakedə ölüb", — deyə o yazıb.

Yeraltı təkanlar Meksikada həftə ərzində davam edib.

Son xəbərlər

Orphus sistemi