Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uşaq ölüb

Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uşaq ölüb Zəlzələnin gücü 7,1 maqnituda olub
Digər ölkələr
20 Sentyabr , 2017 08:51
Meksikada zəlzələ nəticəsində məktəb binası uçub, 22 uşaq ölüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Meksikanın paytaxtı Mexikoda zəlzələ zamanı məktəb binasının uçması nəticəsində 22 uşaq və 2 böyük insan dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə yerli "Noticieros Television" telekanalı məlumat yayıb.

"Colegio Rebsamen"in uçması nəticəsində 22 uşaq və 2 böyük dünyasını dəyişib", — deyə telekanalın "Twitter" səhifəsində məlumat verilib.

Çərşənbə axşamı baş verən zəlzələnin gücü 7,1 maqnituda olub.

Son xəbərlər

Orphus sistemi