Meksikada yüzlərlə cəsədin olduğu gizli qəbiristanlıq aşkarlanıb

Meksikada yüzlərlə cəsədin olduğu gizli qəbiristanlıq aşkarlanıb Qəbirlər San-Xuliandan bir neçə kilometr məsafədə, Verakrus yaxınlığında tapılıb
Digər ölkələr
17 Mart , 2017 05:16
Meksikada yüzlərlə cəsədin olduğu gizli qəbiristanlıq aşkarlanıb
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ Meksikanın şərqindəki Verakrus ştatında narkomafiyanın qurbanı olmuş insanların növbəti gizli qəbiristanlığı aşkarlanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Miqel Anxel Yunes Linares məlumat verib.

O, bildirib ki, yeni qəbirlər San-Xuliandan bir neçə kilometr məsafədə, Verakrus yaxınlığında tapılıb. Qubernator cəsədlərin sayının yüzlərlə olduğunu və onların burda ötən il basdırıldığını deyib.

Region rəhbəri hakimiyyət orqanları qarşısında cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və qalıqların genetik ekspertizasının aparılması kimi çətin işin dayandığını bildirib.

Qeyd edək ki, bu həftənin əvvəlində regionun prokuroru Xorxe Vinkler də bildirib ki, Kolinas-de-Santa-Fe ərazisində 250-dən çox cəsəd sümüyü aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi