Meksikada yoxa çıxan tələbələrin valideynləri mafiyadan kömək istədi

Meksikada yoxa çıxan tələbələrin valideynləri mafiyadan kömək istədi 43 tələbə ölkənin cənubundakı İquala şəhərində polislə toqquşmalardan sonra yoxa çıxmışdı
Digər ölkələr
2 Aprel , 2015 07:40
Meksikada yoxa çıxan tələbələrin valideynləri mafiyadan kömək istədi

Bakı. 2 aprel. REPORT.AZ/ Meksikanın Gerrero ştatında ötən ilin sentyabr ayında yoxa çıxan 43 tələbənin valideynləri, rəsmi qurumlar tərəfindən aparılan istintaqa inanmadıqlarını bəyan edərək, mafiyadan kömək istəyib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Meksikanın ən tanınmış narkokarteli hesab olunan "Los-Roxos"un (Qırmızılar) liderlərinə müraciət edən valideynlər, övladlarının tapılmasında köməklik göstərilməsini xahiş ediblər.

Xatırladaq ki, 43 tələbə Meksikanın cənubundakı İquala şəhərində polislə toqquşmalardan sonra yoxa çıxıb. İstintaqın versiyasına görə tələbələr polis tərəfindən oğurlanaraq yerli cinayətkar dəstəyə verilib.

Hətta baş prokuror Jesus Murillo tələbələrin öldürülüb meyitlərinin yandırdıqlarını etiraf edən şübhəlilərin videoyazısını mətbuata nümayiş etdirmişdi.

Ancaq gənclərin yaxınları qətl versiyasına inanmayaraq tələblərin hələ də sağ olduqlarına inanırlar.

Son xəbərlər

Orphus sistemi