Bakı. 24 fevral. REPORT.AZ/ Meksikada universitetdə baş vermiş atışmada 2 nəfər öldürülüb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə ölkənin ən böyük təhsil müəssisəsində, Meksikanın Milli Muxtar Universitetində baş verib.
Mexiko Baş Prokurorluğunun yaydığı məlumata görə, öldürülənlər 20 və 29 yaşlarındadır. Onlar yaralı formada mühafizəçilər tərəfindən müəyyən eidlib və aldıqları güllə yaralarından xəstəxanada ölüblər.
İstintaqın versiyasına görə, söhbət universitetin yaxnında münasibətlərini aydınlaşdıran iki cinayətkar qruplaşmanın toqquşmasından gedə bilər.
Ölənlər tələbə və ya universitet işçiləri deyillər. Hazırda polis müşahidə kamerasının görüntülərini araşdırır, cinayət işi açılıb.