Yuxarı

Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər ölüb

Meksikada turistləri daşıyan avtobus qəzaya uğrayıb, 15 nəfər ölüb
Hadisə zamanı 18 nəfər yaralanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Meksikada turistləri daşıyan avtobusun yol qəzasına uğraması nəticəsində 15 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sipse" portalı məlumat yayıb.

Bildirilir ki, hadisə yerində 11 nəfər ölüb, daha 4 nəfər isə sonradan xəstəxanaya aparılarkən keçinib. Ölənlər arasında ABŞ, İsveç, Braziliya və İtaliya vətəndaşları var. Yaralıların sayı 18 nəfərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi