Meksikada təyyarə qəzası baş verib, ölənlər və xəsarət alanlar var

Meksikada təyyarə qəzası baş verib, ölənlər və xəsarət alanlar var Bakı. 4 dekabr. REPORT.AZ/ Meksikada təyyarə qəzası baş verib.
Digər ölkələr
4 Dekabr , 2018 05:38
Meksikada təyyarə qəzası baş verib, ölənlər və xəsarət alanlar var

Bakı. 4 dekabr. REPORT.AZ/ Meksikada təyyarə qəzası baş verib.

"Report"TASS-a istinadən xəbər verir ki, bu barədə "El Debate" qəzeti öz saytında məlumat yayıb.

Bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Sinaloa ştatının paytaxtı Kulyakanedə qeydə alınıb. Yüngül mühərrikli təyyarə yaşayış evinin üstünə düşüb. Qəza zamanı təyyarədə olan 4 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.

Əraziyə xilasedicilər, yanğınsöndürənlər və polis əməkdaşları gəlib. Qəzanın başvermə səbəbi hələ açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi