Meksikada sürüşmə nəticəsində 5 nəfər ölüb

Meksikada sürüşmə nəticəsində 5 nəfər ölüb Bakı. 19 oktyabr. REPORT.AZ/ Meksikanın Oaxaka ştatında sürüşmə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Digər ölkələr
19 Oktyabr , 2018 02:21
Meksikada sürüşmə nəticəsində 5 nəfər ölüb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Meksikanın Oaxaka ştatında sürüşmə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli xilasetmə xidməti məlumat yayıb.

Bunadək əvvəl iki nəfərin, eləcə də bir uşağın meyitinin torpağın altından çıxarıldığı məlumat verilmişdi.

"San-Pedro-Okotepekdə torpaq altından 5 meyit çıxarılıb. Evlərin dağıldığı zonada işlər davam etdirilir", – deyə Oaxakinin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bundan əvvəl ABŞ prezidenti Meksikanı sərhədə qoşun yeridəcəyi ilə hədələyib.

Son xəbərlər

Orphus sistemi